...

Babək-Azərbaycan Kurslar Dərnəyinin III qurultayı keçirildi

Cəmiyyət Materials 20 Fevral 2007 16:58 (UTC +04:00)

İsveçin Hoteborq şəhərində yerləşən Azərbaycan Evində Babək-Azərbaycan Kurslar Dərnəyinin 3-cü qurultayı keçirilib. Bu barədə Trend ə İsveç Azərbaycanlıları Federasiyasından məlumat verilib.

Federasiyanın başqanı M.R.Ağapurun da iştirak etdiyi qurultayda Babək və Azərbaycan Evinin bir illik fəaliyyəti haqda müzakirələr aparılıb. Babək dərnəyinin bu il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Qurultayda yeni İdarətemə Qurumu seçilib. Yeddi nəfər üzvün təmsil olunduğu Quruma Eldar Qaradağlı başqan seçilib.

Xəbər lenti

Xəbər lenti