...

Bakıda keçmiş səhiyyə nazirinin işi üzrə məhkəmə iclası davam etdirilib

Cəmiyyət Materials 28 Fevral 2007 20:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Cavadova/Bu gün Ağır Cinayətlər üzrə İşlər Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu gün müttəhim dövlət ittihamçısı Kamran Əliyevin suallarını cavablandırıb.

Suallar səhiyyə obyektlərinin özəlləşdirilməsi və bu prosesdə keçmiş nazirin qohumlarının iştirakı ilə bağlı olub.

Ə.İnsanov bildirib ki, nazirliyin nəzdində özəlləşdirmə komissiyası yaradılmış və bu komissiya bu məsələlərlə məşğul olurdu.

Ə.İnsanov vəzifə səlahiyyətlərini aşmaq, rüşvət almaq, vergidən yayınma, qanunsuz özəlləşdirmədə günahlandırılır. Onunla yanaşı 10 nəfər də günahlandırılır, lakin onlar zaminə buraxılıb. Məhkəmə iclası sabah davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti