...

Gəncənin orta məktəb bufetlərində reydlər keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Gəncə/müxbir Trend V.Məmmədov/Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov orta məktəb bufetlərində reyd keçirilməsi barəsində göstəriş verib. Bu göstəriş bu gün keçirilən şəhər tədbirində verilib.

Reyd Gəncə şəhər Baytarlıq, Sanitar və Epidemiologiya Mərkəzi və Təhsil idarəsi ilə birgə keçiriləcək. Məqsəd orta məktəblərdə yoluxucu xəstəliklərin qarışısını almaqdır. "Əgər bu gün bufetlərdə sanitar gigiyena qaydalırna əməl olunmaması nəticəsində hepatit xəstəliyi yayılırsa, mübarizə aparmasaq, gələcəkdə daha qorxulu yoluxucu xəstəliklər yayıla bilər. Təhsil İdarəsindən bildirilib ki, bufetlər onların balansında deyil və onlarla lazımi səviyyədə mübarizə apara bilmirlər. Mən bildirirəm ki, əgər bu işdə hər hansı çətinlik olarsa, hüquq-mühafizə orqanlarının əməkdaşları da reydlərdə iştirak edəcək", deyə E.Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti