...

Gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi Aliyə Qarayevanı tərifləyib

Cəmiyyət Materials 2 Mart 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /müxbir Z.Səfərov/ "Moskvada Qran-Pri mərhələsində Aliyə Qarayeva bizim gimnastların əsas rəqiblərindən biri olacaq". Bu barədə Rusiya yığmasının məşqçisi İrina Viner bildirib.

Rusiya KİV-nə istinadən "trend" xəbər verir ki, məşqçi həmçinin Qazaxıstan idmançısı Aliyə Yusupovanın və Belarus gimnastlarının ev sahiblərinə ciddi rəqib ollacaqlarını deyib.

Turnir çox geniş tərkibli olacaq. Yalnız bunu demək kifayətdir ki, 34 ölkədən altımış iki idmançı iştirak edəcək. Bunların da hər biri bu idmanın bir neçə növü üzrə - ip, toppuz, lentlə çıxışlarına görə çoxsaylı mükafatların sahibləridir.

Qeyd edək ki Qran-Pri yarışlarında iştirak üçün "Qazprpom kuboku çempionatı" təcrübə olacaq. Burda çoxnövçülük və ayrı-ayrı sahələr üzrə qaliblər müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti