...

ABŞ-ın bütün ştatlarında Azərbaycan diaspor təşkilatları və vahid Assosiasiya yaradılacaq

Cəmiyyət Materials 10 Mart 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ-ın ştatlarında yeni Azərbaycan diaspor təşkilatlarının yaradılmasına başlanılıb. Bu barədə ABŞ-da fəaliyyət göstərən Çikaqo-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Cavid İsmayılbəyli məlumat verib.

C.İsmayılbəyli qeyd edib ki, əvvəllər ABŞ-da yalnız Güney Azərbaycandan olan soydaşlarımızın təşkilatları mövcud olub. Lakin Quzey Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu iş sürətlənib və Azərbaycan Respublikasından olan soydaşlarımız da təşkilatlanmağa başlaydb: "Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ABŞ-a sonuncu səfəri zamanı beş-altı ştatda təşkilatlar yaradıldı. Amma ABŞ-ın hər bir ştatında diaspor təşkilatlarımızın formalaşdırılması nəzərdə tutulub. Bunlar həyata keçirildikdən sonra isə ABŞ-dakı bütün təşkilatların bir Assosiasiyada birləşdirilməsi gözlənilir".

Xəbər lenti

Xəbər lenti