...

Trabzonda azərbaycanlı girov qadın azad olunub

Cəmiyyət Materials 17 Mart 2007 12:29 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/Türkiyənin Trabzon şəhərinin polisi - "Eminniyet" bir neçə gün axtarışdan sonra 20 yaşlı Azərbaycan vətəndaşının A.X. (tam adı açıqlanmır) saxlandığı yeri müəyyən edə bilib və onu azad edib.

Trend in xüsusi müxbirinin məlumatına əsasən, polis A.X-nin "Nokta" mehmanxanasında məcburi saxlanması haqqında məlumat əldə etdikdən sonra cinayətkar qrupun axtarışına başlayıb. Lakin orada aparılmış axtarışdan sonra A.X. aşkar olunmayıb. Növbəti əməliyyat-axtarış tədbirlərində Azərbaycan vətəndaşının saxlandığı yer müəyyən edilərək azad olunub.

Fahişəliyə məcburetmə cəhdinə görə üç yerli sakin həbs olunub. Polis ziyan çəkən Azərbaycan vətəndaşı haqqında daha ətraflı məlumat vermir. Hadisəni aydınlaşdırmaq üçün iş üzrə istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti