...

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edəcəklər

Cəmiyyət Materials 19 Mart 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Novruz bayramı dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diaspor təşkilatları tərəfindən qeyd ediləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Martın 20-21-də Avropa ölkələrində, Türkiyədə, Rusiyada, ABŞ və Kanadada, Orta Asiya ölkələrində diaspor təşkilatlarımız tərəfindən müxtəlif tipli tədbirlər təşkil olunacaq.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirovun verdiyi məlumata görə, milli bayram İsveç, Niderland, Çexiya, Macarıstan, Bolqarıstan, Ukrayna, Fransa, Böyük Britaniya və İspaniyada da qeyd olunacaq.

Bayram tədbirlərinin əksəriyyəti həmin ölkələrdəki Azərbaycan səfirliklərinin, Dövlət Komitəsinin dəstəyi ilə, bəzi ölkələrdə Azərbaycan-türk diasporunun birgə təşkilatçılığı ilə təşkil olunacaq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bir sıra ölkələrdə keçirlən tədbirlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti