...

Nərimanov rayon məhkəməsinin hakimi Məhkəmə-Hüquq Şurasının qərarından şikayət verib

Cəmiyyət Materials 27 Mart 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ali Məhkəmənin Plenumu Nərimanov rayon məhkəməsinin hakimi Liliya Mavrinanın Məhkəmə-Hüquq Şurasının qərarından verdiyi şikayətə baxacaq. Ali Məhkəmədən Trend ə bildirilib ki, Mavrina Məhkəmə-Hüquq Şurasının qərarı ilə ona intizam qaydasında verilən töhmət cəzasının üzərindən götürülməsini istəyir.

Bununla yanaşı Ali Məhkəmənin Plenumunun martın 30-da keşiriləcək iclasında, Ali Məhkəmənin sahibkarlıq fəaliyyəti ilə bağlı işlərə baxılmasında qanunvericiliyin tətbiqi ilə bağlı apardığı araşdırmaların və məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 62-ci ( cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri müzakirə olunacaq, cinayət və mülki işlər üzrə konkret işlərə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti