...

Qobustan Qapalı Həbsxanasında aclıq edən məhkumların adları məlum olub

Cəmiyyət Materials 29 Mart 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan Qapalı Həbsxanasında aclıq edən məhkumların adları məlum olub. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Trend ə verilən məlumata görə, aclıq edənlər ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş Şakir Rzaxanov, Əli Quliyev, Dəyanət Kərimov, Elbrus İbrahimov, Rahib Məsimov, Ramil Qədirov, İntiqam Qayıbov, Yadigar Baxşəliyev, Çingiz Paşayev cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Ömürlük azadlıqdan məhrum edilmiş Elnur Qəhrəmanov isə barəsindəki məhkəmə hökmündən narazılıq edir.

Aclıq edən məhkumlar həkim nəzarətində saxlanılır, onların səhhətində hələlik heç bir problem qeydə alınmayıb

Xəbər lenti

Xəbər lenti