...

Avropa Gimnastika Birliyinin yubileyi şərəfinə Avropanın Bakı Çempionatı

Cəmiyyət Materials 30 Mart 2007 12:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Şəkinski/Bədii gimnastika üzrə Avropa çempionatının startına üç ay qalır. Bu çempionat bu idman növünün tarixində ilk dəfə olaraq Bakıda keçiriləcək. Bu gün yekun olaraq məlum olub ki, çempionatda 33 ölkənin gimnastları iştirak edəcək.

Artıq iyunun 26-dan etibarən Azərbaycana çempionatın ilk avropalı nümayəndə heyətləri gələcək. 29 iyun- 1 iyul tarixində Heydər Əliyev adına İdman-Konsert kompleksində qitə çempionları adı uğrunda yarış başlayacaq.

3 yarış günü ərzində şəxsi, qrup və komanda turnirlərində 6 medal komplekti oynanılacaq. 23-cü Bakı Avropa çempionatı Avropa Gimnastika Birliyinin 25-ci ilində keçirilməsi ilə əlamətdardır və xüsusən də sentyabrda keçiriləcək dünya çempionatı ərəfəsində ən yaxşı gimnastların baxışı olacaq. Bu çempiont Pekin-2008 Olimpiadasına putyovka sahiblərini müəyyən edəcək.

Qitənin birinci gimnastika forumu 1978-ci ildə Madriddə keçirilib. O zaman çempion gimnast Halima Şuqurova olub. Ondan sonra Avropanın ən yaxşı idmançıları SSRİ və Bolqarıstan, Rusiya və Ukraynanın gimnastları olub. Avropanın hazırki çempionu isə rusiyalı Vera Sesinadır.

Bakı Avropa çempionatının "qızıl" uğrunda favoritləri Rusiya və Ukrayna, Belarus və Bolqarıstan, Yunanıstan və İspaniyadır. Təbii ki, mükafatlar uğrunda mübarizəyə Azərbaycan da qoşulacaq. Ölkəmiz 3 gimnast və fərdi proqramda 1 ehtiyat gimnastla, həmçinin qrup yarışmasında yunior komandalarla təmsil olunacaq.

Avropa çempionatını Qobustan motivləri - Azərbaycanın tarixi fəxrləri müşayiət edəcək. İnsan fəaliyyətinin müxtəlif sahələrini əks etdirən qədim qayaüstü şəkil və təsvirlər Avropa turniri atmosferinə özünəməxsus milli kolorit verəcək.

Qarşıdan gələn yay günlərində Bakı yalnız Avropa çempionatının keçirilməsi yeri deyil, həmçinin Yunanıstanda lisenziyalı dünya birinciliyinə püşkatma mərəasiminin keçiriləcəyi şəhər olacaq. İyunun 30-da Beynəlxalq Federasiynın Texniki Komitəsi 2007 mundialında gimnastların çıxış ardıcıllığını müəyyən edəcək. Avropa çempionatının başa çatmasından sonra 2-6 iyulda Texniki Komitə Bakıda iclasını keçirəcək. İclasda son illərin yenilikləri müzakirə olunacaq.

Beləliklə, geridə artıq 22 Avropa çempionatı qalır. Madriddən sonra Avropa turnirinin coğrafiyası belə olub: Amsterdam (Hollandiya), Stavanger (Norveç), Vyana (Avstriya), Florensiya (İtaliya), Helsinki (Finlandiya), Geteborq (İsveç), Ştutqart (Almaniya), Buxarest (Rumıniya), Saloniki (Yunanıstan), Praqa (Çexiya), Asker (Norveç), Patrı (Yunanıstan), Portu (Portuqaliya), Budapeşt (Macarıstan), Saraqosa (İspaniya), Cenevrə (İsveçrə), Qranada (İspaniya), Riza (Almaniya), Kiyev (Ukrayna) və iki dəfə Moskva (Rusiya).

Xəbər lenti

Xəbər lenti