...

Görkəmli neftçi alim Fərman Salmanov Moskvada dəfn olunacaq

Cəmiyyət Materials 2 Aprel 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, görkəmli alim və dövlət xadimi, tanınmış neftçi Fərman Salmanov aprelin üçündə Moskvada dəfn olunacaq. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresindən (ÜAK) məlumat verilib.

Dəfn mərasimində Rusiyanın və Azərbaycanın rəsmi şəxsləri, hökumət nümayəndələri, Moskvadakı diasporumuz, Azərbaycan səfirliyinin nümayəndələri, yerli ictimai xadimlər iştirak edəcəklər. Mərhum öz vəsiyyətinə əsasən Moskvada dəfn olunucaq.

F.Salmanov həm də Rusiyanın məşhur "İtera" şirkətinin Sədrlər Şurasının üzvü olub. O, CCRİ-nin Sosialist Əməyi Qəhrəmanı, "Lenin" mükafatı laureatı və digər rəsmi dövlət mükafatları qazanıb.

Xəbər lenti

Xəbər lenti