Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda yaradılan turizm şirkətlərinin sayı 300-350-dən artıq olmamalıdır. Bu barədə bazar ertəsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, Azərbaycanda 2001-ci ildə cəmi 30-a qədər turizm şirkət var idisə, bu gün onların sayı artıb. Lakin Azərbaycan bazarında bu şirkətlərin sayı 300-350-dən artıq olmamalıdır.
Qarayev hesab edir ki, Azərbaycanda turizm bazarı, xüsusilə də xaricə insanların səfərini təşkil edən və ölkəmizə qəbul edən şirkətlərlərin bazarı geniş deyil. Amma daxili turizm üçün bazar açıqdır və çoxlu sayda təşkilatlar fəaliyyət göstərə bilər.
O qeyd edib ki, əvvəlki illərdə turizm fəaliyyəti üçün lisenziya haqqı 500 manat idisə, hazırda beşillik fəaliyyət üçün rüsum 5 min 500 manatdır.