...

Sabiq səhiyyə nazirinin YAP-ın icra katibinə qarşı mülki iddiası üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 4 Aprel 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Bu gün Səbayıl Rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun YAP-ın icra katibi Əli Əhmədova qarşı mülki iddiası üzrə hazırlıq iclası keçirilib. İnsanovun hüquqlarını məhkəmədə vəkili Ağaveyis Şaxverdi, Əhmədovun hüquqlarını isə nümayəndəsi vəkil İkram Şirinov müdafiyə edir. A.Şaxverdi "Trendə" bildirib ki, İnsanovun prossesdə iştirakını təmin olunması barədə vəsadət verib, məhkəmə vəsadəti təmin edib. İddia üzrə məhkəmə baxışı aprelin 24-də təyin olunub.

Qeyd edək ki, İnsanov Əhmədovu onun barəsində mətbuata müsahibəsində yalan və böhtan söyləməkdə və bununla onun şərəf və ləyəqətinin təhgir olunmasında ittiham edir. Cavabdehin üzr istəməsini və təqzib verməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti