...

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Voloqdaya səfər edəcək

Cəmiyyət Materials 5 Aprel 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyəti Voloqda vilayətinə səfər edəcək. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Səfər aprelin 12-13-də olacaq və Rusiya Federasiyasının Şimali-Qərb Federal dairəsinə daxil olan vilayətlərə səfər proqramına daxildir.

Baş Konsul Osmanov Voloqda vilayətinin qubernatoru V.Pozqalyov, qubernatorun birinci müavinləri L.İoqman və N.Vinoqradov, Qanunvericilik Şurasının sədri N.Tixomirov, Voloqda şəhərinin meri A.Yakuniç, daxili işlər idarəsinin rəisi P.Qorçakov, Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Voloqda vilayətindəki federal inspektoru S.Pastuxov, vilayətin ticarət-sənaye palatasının prezidenti, Voloqda vilayəti federal miqrasiya xidmətinin rəhbəri B.Kotov, millət vəkilləri və iş adamları ilə görüşəcək.

Bundan əlavə, Baş Konsul Osmanovun Voloqda vilayətinin Çerepovets şəhərinə də səfəri nəzərdə tutulur. Səfər zamanı Baş Konsul Voloqda və Çerepovets şəhərlərində yaşayan azarbaycanlılar və milli-mədəni cəmiyətlərin rəhbərləri, Çerepovets Dövlət Universitetinin rəhbərliyi və tələbələri ilə görüşməyi nəzərdə tutur.

Səfər zamanı Azərbaycanla Voloqda arasında müxtəlif sahələrdə (iqtisadi, mədəni və digər sahələrdə) ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan diasporunun formalaşdırılması və gücləndirilməsi, orada yaşayan soydaşlarımızın qarşılaşdığları problemlərin həlli, onların yaşayış tərzinin öyrənilməsi və qeyri-leqal yaşayan həmvətənlərimizin qeydiyyata salınması kimi məsələlər müzakirə olunacaq.

Osmanovun başçılıq etdiyi nümayəndə heyətinə vilayət administrasiyası tərəfindən Voloqdanın iqtisadi potensialı və investisiya layihələrinin elektron təqdimatı nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti