...

Gürcüstanda cəza çəkən 15 Azərbaycan vətəndaşı öz ölkəsinə verilə bilər

Cəmiyyət Materials 11 Aprel 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Gürcüstanda cəza çəkən 15 Azərbaycan vətəndaşı cəzalarının qalan hissəsini vətənlərində çəkmək üçün yaxın zamanlarda Azərbaycan tərəfinə verilə bilər. Bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatından məlumat veriblər. Bu barədə Azərbaycan Ombudsmanının və Gürcüstanın Xalq Müdafiəçisinin müraciəti əsasında hər iki ölkənin Ədliyyə nazirliklıri arasında adanışıqlar aparılır.

Ombudsman aparatından verilən məlumata görə, hər iki ölkənin insan hüquqları institutları arasında əməkdaşlıq barədə saziş mövcuddur. Buna müvafiq olaraq, Azərbaycan və Gürcüstan vətəndaşlarının cəza çəkdikləri müəssisələrdə onların hüquqlarının müdafiəsi məqsədilə vaxtaşırı monitorinqlər aparılır.

Azərbaycanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, hazırda Gürcüstan cəzaçəkmə müəssisələrində 100-dən yuxarı azəraycanlı var. Onlardan yalnız 40 nəfəri Azərbaycan türmələrinə köçürülməyə yardım üçün Azərbaycan ombudsmanına və nazirliyə müraciət ediblər. Məhbusların bu müraciətləri cəzalarını vətənlərində, öz doğmalarının yanında çəkmək istəkləri ilə bağlıdır.

Nazirlikdən verilən məlumata görə, Azərbaycanın yerli cəzaçəkmə müəssisələrində ölkə ərazisində cinayət törətmiş 100-dən yuxarı Türkiyə vətəndaşı var.

Xəbər lenti

Xəbər lenti