...

Güney Azərbaycandan olan hərəkatçı İrana təhvil verilib

Cəmiyyət Materials 12 Aprel 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Miqrasiya Komitəsi Güney Azərbaycandan olan hərəkatçı Hadi Musəvini İrana təhvil verib. Bu barədə çərşənbə axşamı Bakıda Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosundan məlumat verilib.

Musəvi aprelin 11-də axşam saat 22 radələrində təyyarə ilə Azərbaycandan İrana deportasiya edilib. Onu Tehrana göndəriblər.Musəvi barəsində kütləvi aksiyalarda iştirak etdiyinə görə cinayət işi qaldırılıb. Onun həbs ediləcəyi gözlənilir. Musəvi aprelin 7-də saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə Musəviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. Musəvi komitənin qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb. Musəvi Güney Azərbaycanın Kəleybər şəhərində yaşayıb. O, İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə Bakıya gəlmişdi.

Xəbər lenti

Xəbər lenti