...

"Xəzər" FK-nin baş məşqçisi: Komanadanın gücünü yoxlamaq məqamı yetişib

Cəmiyyət Materials 14 Aprel 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Çempionatın elə bir mərhələsi başlayıb ki, heç kim səhv etmək istəmir. Belə demək olar ki, hamı səhvsiz oynamaq istəyir". Bu barədə "Xəzər" futbol klubunun baş məşqçisi Ağasəlim Mircavadov komandasının turnirdə liderlik mübarizəsini şərh edərkən bildirib.

Mütəxəssis qeyd edib ki, bu çətin oyunda komanda üzvləri özlərini toplamalı və öz oyunlarını nümayiş etdirməlidirlər. "Xəzər"in gücünü yoxlamaq məqamı yetişib və müəyyən mənada mən hadisələrin bu cür təkrar olunmasına şadam. Unutmaq lazım deyil ki, Avrokuboka çıxmağa iddialı olan klubun xarakteri olmalıdır. Buna görə də hər görüşə son oyun kimi hazırlaşmaq lazımdır",-deyə A.Mircavadov qeyd edib.

Qeyd edək ki, lənkəranlılar "Neftçi"ni bir xal qabaqlayır. Buna görə də qızl medal uğrunda mübarizə hələ irəlidədir.

Xəbər lenti

Xəbər lenti