...

Milli Məclis WADA Antidopinq Konvensiyasının ratifikasiyasına yaxındır

Cəmiyyət Materials 16 Aprel 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov / Ümumdünya Antidopinq Agentliyinin (WADA) Antidopinq Konvensiyası yaxın zamanlarda Milli Məclisdə ratifikasiya edilməlidir. Trend in məlumatına görə, məsələnin müzakirəsi yaxın gələcəyin işidir. Konvensiya ratifikasiya edilməsə, Azərbaycanda irimiqyaslı beynəlxalq turnirlərin keçirilməsi mümkün olmayacaq. Bu üzdən də dövlət WADA Konvensiyasına tez bir zamanda qoşulmaqda maraqlı olmalıdır.

Qeyd edək ki, hələ ötən ay Gənclər və İdman Nazirliyi dopinq məsələləri üzrə xüsusi elmi-metodik konfrans keçirib. Həmin konfransda Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin nümayəndələri, Milli Məclis üzvləri və mütəxəssislər iştirak edib.

Xəbər lenti

Xəbər lenti