...

Azərbaycanda havanın temperaturu qalxacaq

Cəmiyyət Materials 16 Aprel 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti yaxın üç gün ərzində tədricən mülayimləşəcək və temperatur qismən qalxacaq. Bu barədə bazar ertəsi günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, aprelin 18-də atmosfer təzyiqi normadan xeyli aşağı olacaq. Bu isə meteohəssas insanlara pis təsir edəcək.

Tağıyeva bildirib ki, aprel ayının son 15 günü Azərbaycanda havanın temperaturu normadan iki dərəcəyədək aşağı olub. Ən rekord göstərici isə 1954 və 1987-ci illərdə olub. Həmin illər aprel ayında Azərbaycanda havanın temperaturu iqlim normasından üç dərəcədən də artıq aşağı olub.

Xəbər lenti

Xəbər lenti