...

Bakıda ilk dəfə böyük oynaqların protezləşdirilməsi üzrə seminar keçirilir

Cəmiyyət Materials 16 Aprel 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün Dövlət Tibb Universitetində ilk dəfə olaraq "Böyük oynaqların protezləşdirilməsi" mövzusunda seminar öz işinə başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, seminar Azərbaycan Səhiyyə Nazirliyi və Türkiyə ortopedlər- travmatoloqlar dərnəyinin Artroplastika şöbəsi tərəfindən təşkil edilib.

Seminarın keçirilməsində başlıca məqsəd həkimlərin bu növ əməliyyatlar haqqında həm nəzəri, həm də praktiki bilgilərini artırmaqdır. Seminarda professor Nejat Güneyin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti iştirak edir. Tədbirə Azərbaycanın 150-dən artıq ortopedi dəvət edilib.

Xəbər lenti

Xəbər lenti