...

Məhkum qadınlar müayinədən keçirilir

Cəmiyyət Materials 18 Aprel 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib. Bu barədə çərşənbə günü Trend ə Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev məlumat verib. Mehdiyev bildirib ki, tədbir Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunub. Qadın məhkumlar ultra səs, laborator müayinələrdən, ginekoloq baxışından keçirilib. Məhkum qadınların müayinəsi sabah başa çatacaq. Məhkumların müayinəsi Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin və Bakı Baş Səhiyyə İdarəsinin həkimləri tərəfindən aparılıb. Qadınların müayinəsi könüllüdür. Müayinənin nəticələri isə müayinə başa çatandan sonra açıqlanacaq.

Müəssisədə 250-yə yaxın məhkum cəza çəkir. Onların böyük qismi qəsdən adamöldürmə, dələduzluq, narkotiklərin qanunsuz dövriyyəsi cinayətlərinə görə məhkum olunanlardır. Məhkum qadınların 28-i əcnəbilərdir.

Xəbər lenti

Xəbər lenti