...

Sabahdan Azərbaycanda hava şəraiti mülayimləşəcək və yağışlar kəsəcək

Cəmiyyət Materials 20 Aprel 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti sabah günün ikinci yarısından başlayaraq mülayimləşəcək və temperatur qismən artacaq. Bu barədə cümə günü Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, aprelin 21-i günorta saatlarından sonra Bakı və Azərbaycanın əksər ərazilərində yağışların kəsiləcəyi proqnozlaşdırılır. Aprelin 22-23-də yağmursuz hava şəraiti davam edəcək.

Abşeron yarımadası və Bakıda havanın temperaturu 13-18, Aran rayonlarında 15-20, Dağlıq ərazilərdə isə 5-10 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti