Azərbaycan, Bakı, 20 aprel /korr.TrendLife Fərid Sadıxov| Ekologiya və Təbii Sərvətlər Nazirliyində Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyətinin təqdim etdiyi "Heyvanların qəddar rəftardan müdafiəsi haqqında" qanun layihəsinə baxılıb.
Nazirlikdən TrendLife-a bildirilib ki, hazırda vəhşi heyvanlarla vəhşicəsinə davranmanın qarşısını almaq məqsədilə müzakirələr aparılır. Məqsəd beynəlxalq aktlara və Azərbaycan Respublikasının qanunlarına uyğun, mövcud ictimai münasibətləri özündə ehtiva edən bir qanunun hazırlanmasına nail olmaqdır.