...

Xuraman Şuşalı: "Əgər adam kəkələyirsə , o, necə oxuya bilər?"

Cəmiyyət Materials 21 Aprel 2007 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /müx. "TrendLife" S.Bağırlı/ Saytımızda Natavan Həbibinin verdiyi sonuncu müsahibədən sonra onun həmkarları arasında söz-söhbətsiz ötüşməyib. Əsas da Xuraman Şuşalı tərəfindən. Şuşalı bu sözlərdən o qədər təngə gəlmişdi ki, bizim sualları gözləmədən içindən nə gəlirdisə birbaşa söylədi.

- Natavan Həbibinin müsahibəsini oxuyan kimi özlüyümdə belə bir sual yarandı: əgər o mənim haqqımda danışmaq istəmirdisə , məni artıq yerə reklam etmək istəmirdisə, niyə ancaq məndən danışırdı? Buna ancaq belə aydınlıq gətirə bilərəm ki, Natavan o qədər də məşhur deyil, bəlkə mənə görə onun müsahibəsini oxuyarlar. Sonda Natavan tanınacaq. Əgər mənim səsimlə bağlı problemim varsa, mən ustaddan dərs götürə bilərəm və problemim həll edilmiş olacaq. Kəkələməyindən əziyyət çəkən Natavan isə onu heç cürə düzəldə bilməyəcək. Əlbəttə ki, mən bu sözləri heç vaxt ona deməzdim, o, məni buna məcbur etdi.

- Natavanın dediyinə görə, səndən ancaq ağzını düzgün açmaq tələb olunurdu?

- (Gülür) Açıqcası, mənim Natavana yazığım gəlir. Məncə ağıllı insan bu haqda az danışardı. Natavan özü trioda heç kim idi. Mən oxuyanda o mənim ağzıma baxırdı. Əslində, qrupun aparıcısı mən özüm idim. Məsələn, əgər biz hansısa tədbirdə və yaxud toyda olsaq, mikrafonu ancaq mənə verirdilər. Mən həmişə demişəm, Natavan bek-vokalçı yaranıb. Onun sadəcə ifaçılıq texnikası var, səsi yoxdur. Əgər bu adam kəkələyirsə, necə oxuya bilər? Mən bununla onu təhqir etmirəm, sadəcə o, öz istədiyini aldı.

- Faiq doğrudan sənə kömək edib?

- Mən hələ "W-Trio"da oxuduğum vaxtlarda nüfuzlu bir adamın toyunda iştirak edirdik. Toyu isə Faiq və onun ansamblı idarə edirdi. Çox ifaçılar oxudu, nədənsə hamısının repertuarı tez qurtardı. Faiq müəllimin və mənim repertuarım heç tükənmirdi. Mən tək Trioda deyil, həm də soloda oxuyub ailə saxlayırdım. Bundan sonra mən Faiqə dedim ki, triodan getmək istəyirəm. Cavabında isə o mənə dedi ki, həmişə məni dəstəkləməyə hazırdır və mən bunu heç vaxt unutmayacam.

- Sənin Natavana başqa deyəcək sözün var?

- Qoy öz işləri ilə məşğul olsun, artıq-əskik danışmasın və ən əsası keçmişini unutmasın.Yadında saxlasın ki, sponsor bu gün var, sabahsa yoxdur.

- Bəs davadan sonra Röyayla aran necədir?

- Hər şey yaxşıdır, əladır. Ümumiyyətlə, mənim hamıyla münasibətim yaxşıdır. Bilmirəm Natavanla niyə belə alındı? Bəlkə mənim məşhurluğum onu qıcıqlandırır?

- Bəs niyə Vaqif müəllim öz mahnısını sənə vermədi?

- Vaqif müəllim həmişə bəzi müğənnilərin müəllimi olub. Məsələn, mən özüm həmişə bir şey lazım olanda, onun üstünə qaçmışam. Əgər mənim repertuarımda Vaqif müəllimin mahnısı yoxdursa, günah yenə Natavanındır.

- Belə çıxır ki, sənin Vaqif müəllimlə yaradıcılıq münasibətlərinin alınmamasının günahkarı Natavandır?

- Bəli, bu belədir. Natavan həmişə lazımsız şayiələr yayan olub və belə də qalıb.

Xəbər lenti

Xəbər lenti