...

Kərim+Təranə=sevgi

Cəmiyyət Materials 23 Aprel 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx. "TrenLife" S.Haşımova/ Müğənni Kərim evlənir. "TrendLife"ın verdiyi məlumata görə, toy aprel ayının 26-da "Xəmsə" restoranında olacaq. Fürsətdən istifadə edən Kərim onun və nişanlısı haqqında gedən şayiələrə də aydınlıq gətirdi: " Deyirlər ki, guya mənim anam mənlə Təranənin evlənməsinə narazıdır. Hamıya demək istəyirəm ki, mən Təranəni görən kimi sevmişəm, indiyə kimi də sevirəm. Əgər təzə vaxtlar anam bizim evlənməyimizə narazı idisə, indi o da artıq öz xeyir-duasını verib. Anam Flora Kərimova, Nadir Qafarzadə, Elnurla birgə Təranəgilə elçiliyə gedib. İndi istəyirsiz inanın, istəyirsiz inanmayın. Mən evlənirəm!"

Qeyd edək ki, Təranə Kərimin prodüsseri olub. Hazırda isə Rəqsanə ilə çalışır.

Xəbər lenti

Xəbər lenti