...

"Qəfəs" realiti-şousunun iştirakçılarını ölüm izləyir

Cəmiyyət Materials 23 Aprel 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx.Trendlife Vüqar İmanov/

"Xalq jurnalisti" layihəsinin oxuyucusu Rəşad Kəsəmənli Trendlife-a toy vaxtı baş verən faciəvi xəbəri çatdırıb. "Qəfəs" realiti-şousunun iştirakçılarından biri, hamının tanıdığı İslam Qafarzadənin toyda qəfildən ürəyi dayanıb. Məlumdur ki, İslam "Qəfəsdə" şən və zarafatcıl xasiyyətinə görə tamaşaçılar tərəfindən sevilib və populyarlıq qazanıb. Qeyd edim ki, bu telelayihə ilə bağlı birinci ölü işi deyil. 2006-cı ilin yanvar ayının 31-də Padamdart qəsəbəsində yerləşən "Qəfəs" evində yanğın baş verib. Nəticədə operator Elnur və gözətci Namiq Süleymanov yerlərindəcə keçiniblər.

Realiti-şounun iştirakçılarından olan Emin Əliyev, Mübariz Novruzov, Ziya Zamanov, Cəmilə Əsgərova və Gülbəniz Qəhrəmanova dəm qazındaq zəhərlənmişdilər. Xilasedicilər onları yataq otağından tapmışdılar. Onlar dərhal Mərkəzi klinik xəstəxanaya çatdırılmış və ilk tibbi yardım almışdılar.

Xoşagəlməz hadisələr 20 mayda başlayan "Qəfəs-2"-də də canlı efirdə baş verən, iştirakçıların nalayiq sözlərlə bir-birini təhqir etməsi ilə başladı. Nəticədə Ceyhun və Abbas Həsənov qardaşları digər iştirakçı Vüqar Atakişiyevi döydülər. Vüqarın yerliləri isə veriliş bitdikdən sonra yığışıb Ceyhunu və Abbas Həsənovu döymüşdülər.

"Qəfəs 3" layihəsinin başlanmasına 40 dəqiqə qalmış veriliş qəfildən dayandırılşdı. Sözlərə görə, səbəb qız iştirakçının layihədə iştirak etmək arzusu olub. Bunu bilən qızın qardaşı ora gəlib və bacısına bıçaqla xəsarət yetirib. Bu boyda olaylara baxmayaraq, "Qəfəs" realiti-şou layihəsi bağlanmaq bilmir, əksinə, davam edir.

Xəbər lenti

Xəbər lenti