...

Azərbaycanda notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün sənəd qəbulu elan olunub

Cəmiyyət Materials 26 Aprel 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün sənəd qəbulu elan edilib. Bu barədə cümə axşamı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Namizədlərlə imtahan və müsahibənin keçirilməsinin təşkili məsələləri Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunub. Bu məqsədlə İxtisas Komissiyasının yaradılması və namizədlərin sənədlərinin qəbuluna başlanması barədə qərar qəbul olunub.

Sənəd qəbulu mayın 7-dən başlanacaq. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən namizədlərlə yazılı imtahan və müsahibə keçiriləcək. İmtahan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər notarius yanında altı ay müddətinə təcrübəyə buraxılacaqlar. Təcrübəni bitirmiş və təcrübə keçməkdən azad edilmiş namizədlərlə İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibə aparılacaq. Namizədlərin seçilməsi "Notariat haqqında" qanunun və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilmə qaydası"nın tələblərinə əsasən aparılacaq. Şəhadətnamə almaq istəyən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən Azərbaycan vətəndaşları sənədlərini Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti