...

ATƏT Azərbaycan hakimiyyətini Cinayət Məcəlləsindən böhtan haqqında maddəni çıxarmağa çağırır

Cəmiyyət Materials 26 Aprel 2007 15:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ATƏT Azərbaycan hakimiyyətini jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən böhtan haqqında maddənin Cinayət Məcəlləsindən çıxarmağa çağırır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə ATƏT-in mətbuat üzrə nümayəndəsi Mikloş Haraşti bəyan edib. "Əgər problemlər varsa, onları Mülki Məcəllə əsasında inzibati yolla həll etmək lazımdır" - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti KİV və cəmiyyət arasında normal münasibətlər yaratmağa çalışır, lakin bu səyləri gücləndirmək lazımdır. "Hakimiyyət çalışmalıdır ki, gələcəkdə jurnalistlər də vətəndaşların hüquqlarını nəzərə alsın və məmurlar yazılmış materiallara dözümlülüklə münasibət bəsləsinlər" - deyə ATƏT nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti