...

Azərbaycanda Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə mühüm əhəmiyyət verilir

Cəmiyyət Materials 26 Aprel 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ədliyyə Naziriyində bu gün İnsan Haqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib. Bu barədə cümə axşamı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, baş prokuror, məhkəmə sədrləri, Vəkillər Kollegiyasının rəhbərliyi, Avropa Məhkəməsinin hakimləri Eqbert Meyer və Xanlar Hacıyev iştirak edib.

Ədliyyə naziri Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verib, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə mühüm əhəmiyyət verdiyini bildirib. Meyer Avropa Konvensiyası və Avropa Məhkəməsinin yeni presedentləri mövzusunda çıxış edib.

Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar barədə məlumat verən Hacıyev məhkəmədə müraciətlərə və işlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verib, şikayətlərə səbəb olan xarakterik məsələləri qeyd edib.

Xəbər lenti

Xəbər lenti