...

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə seçkilər başlayıb

Cəmiyyət Materials 27 Aprel 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə bu gün seçkilər başlayıb. AMEA-nın prezidenti artıq Rəyasət Heyətinin 11 üzvünün seçilməsi üçün namizədləri irəli sürüb. Günün sonuna kimi gizli səsvermə yolu ilə Rəyasət Heyətinin yeni üzvləri seçiləcək.

Dünən AMEA-nın həqiqi və müxbir üzvlərin seçkilərinin ilkin nəticəsi məlum olub. AMEA-dan bildiriblər ki, seçkilərin nəticələrinə görə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, dilçilər Ağamusa Axundov və Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvləri seçiliblər. Adil Qəribov, Səlahəddin Xəlilov, Nailə Vəlixanlı, Vəli Əliyev, Yaqub Mahmudov, Kamal Abdulla və Zemfira Səfərova AMEA-nın müxbir üzvü olublar. AMEA-dan bildiriblər ki, seçkilərin nəticələrinə görə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, dilçilər Ağamusa Axundov və Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvləri seçiliblər. Adil Qəribov, Səlahəddin Xəlilov, Nailə Vəlixanlı, Vəli Əliyev, Yaqub Mahmudov, Kamal Abdulla və Zemfira Səfərova AMEA-nın müxbir üzvü olublar. AMEA-da vakant 13 həqiqi üzv yerinə 45 alim, 31 müxbir üzv yerinə isə 207 nəfər namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti