...

Nazpəri Dostəliyeva jurnalistlərdən bezib

Cəmiyyət Materials 26 Aprel 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /müx.Trendlife Səbinə Haşımova/ Müğənni Nazpəri Dostəliyeva "24 saat" qəzetini məhkəməyə verib. Səbəb isə onun oğlu barədə yalnış informasiyanın yayılmasıdır. Guya onun oğlundan narkotik maddələr tapılıb.

Müğənni qeyd etdi ki, oğlunun adı yalnış yazılıb. Bundan əlavə, oğlu Yasamal rayon polis idarəsində işləyir. Hərçənd ki, Nazpəri xanım qəzet redaksiyasına vaxt verib ki, ondan üzr istəyib, səhvlərini düzəltsinlər. Lakin heç bir nəticə olmayıb. Sonda müğənni məhkəməyə müraciət etməyə məcbur olub. Trendlif-ın verdiyi məlumata görə, müğənninin oğlu Əli hazırda nişanlıdır, bu yaxınlarda toyu olacaq.

Xəbər lenti

Xəbər lenti