...

Regionun "yaşıllar"ı Tbilisidə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Cəmiyyət Materials 28 Aprel 2007 13:15 (UTC +04:00)

Gürücstan, Tbilisi /müx. Trend N. Kirtsxalia/ Gürcüstanın "Yaşıllar" Partiyasının təşəbbüsü ilə bu gün Tbilisidə "Regional əməkdaşlıq avrointeqrasiyaya doğru" VIII konqres keçirilir. Forum çərçivəsində Cənubi Qafqaz yaşıllarının koordinasiya şurasının iclası keçiriləcək.

Konqresdə həmçinin Gürcüstanın "Yaşıllar" Partiyasının yeni strukturu təsdiqlənəcək və onun yeni rəhbərliyi seçiləcək.

Konqresin işində Avropa Yaşıllar Partiyasının nümayəndələri, Azərbaycan və Ermənistan yaşılları, habelə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatları və elmi müəsissələrin təmsilçiləri iştirak edəcək.

Konqress Şota Rustaveli adına Tbilisi Dövlət Dram teatrında keçirilir.

Xəbər lenti

Xəbər lenti