...

Kulinarlarımız Moskvadan medalla qayıdıblar

Cəmiyyət Materials 1 May 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx. Trendlife İradə Əsədova/Moskvada keçirilən "Restoran dünyası" beynəlxalq çempionatında Azərbaycan Kulinarlar Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun rəhbərlik etdiyi kulinar komandası yaxşı nəticə əldə edib. Komandanın kapitanı - Milli Kulinariya Mərkəzinin baş texnoloqu Aynurə Əmiraslanova Rusiya Kulinariya Birliyinin "Kavaler" medalı iəl təltif edilib. Bu medal hər il bir xarici ölkə vətəndaşına verilir.

Komandanın ən gənc üzvü, litseyin şagirdi Sənubər Qurbanova ilk dəfə iştirak etdiyi çempionatda həzırladığı milli xörəklərdən biri ilə diqqət mərkəzində olub.

Qeyd edək ki, Famil Hüseynov İtaliya mətbəxindən beş xörək təqdim edib.Onların hər ikisinin bacarığı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Bu haqda Trendlife-a Azərbaycan Kulinarlar Assosiasiyasından məlumat verilib.

Xəbər lenti

Xəbər lenti