...

Prezident Aparatının rəsmisi: "Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu hələ tezdir"

Cəmiyyət Materials 7 May 2007 13:10 (UTC +04:00)
Prezident Aparatının rəsmisi: "Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu hələ tezdir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu hələ tezdir. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

"Diffamasiya haqqında" (şərəf və ləyaqətin təhqirinə, böhtana görə məsuliyyətdən azad edilmə) qanunun Azərbaycanda tətbiq edilməsinə münasibətini açıqlayan Həsənov deyib ki, hazırda bu məsələ müzakirə olunur.

Həsənov qeyd edib ki, Avropanın inkişaf etmiş heç bir ölkəsində bu qanun hələ qəbul olunmayıb: "Demokratiya təcrübəsi bizdən çox olan, mətbuatının durumu bizdən də yaxşı olan ölkələrdə "Diffamasiya haqqında" qanun qəbul olunarsa, bundan sonra Azərbaycanda da bu məsələ gündəmə gətirilə bilər. Azərbaycan cəmiyyəti mətbuatı, jurnalitsləri bütün məsuliyyətdən azad etmək vəziyyətində deyil. Ona görə də hesab edirəm ki, "Diffamasiya haqqında" qanunun qəbulu hələ tezdir" - deyə Prezident Aparatının rəsmisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti