...

BMT-nin insan haqları üzrə eksperti Azərbaycanda mətbuat azadlığı ilə bağlı durumun dəyişəcəyinə ümid edir

Cəmiyyət Materials 7 May 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ BMT-nin insan haqları üzrə müstəqil eksperti Azərbaycanda mətbuat azadlığı ilə bağlı duruma dair öz təəssüfünü bildirib. "Hələlik dövlət və dövlət institutları mətbuat və beynəlxalq təşkilatlarla daha açıq dialoq aparmaq niyyətini ifadə edirlər, mətbuatla bağlı vəziyyət hələ də bir sıra nöqsanlarla xarakterizə olunur" - deyə BMT-nin mətbuat və söz azadlığı üzrə xüsusi nümayəndəsi Ambeyi Liqabo Cenevrədəki çıxışında qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanda keçirdiyi görüşlər ümid verir ki, jurnalistlərdə qorxu hissi yaradan məhkəmə qərarı dəyişdiriləcək. Xatırladaq ki, apreldə Bakıya səfər zamanı Liqabo ölkənin rəsmi şəxsləri, mətbuat nümayəndələri, kommersiya qurumları və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirib. O həmçinin diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri ilə fikir mübadiləsi aparıb.

Liqabo hesab edir ki, jurnalistlər və digər mətbuat təmsilçiləri zorakılığın, hüquq-mühafizə orqanlarının təqibləri daxil olmaqla tez-tez repressiyaların qurbanına çevrilirlər. Onun fikrincə, bu üzdən də söz azadlığı üçün müvafiq iqtisadi şərtlərin yaradılması ilə bağlı tədbirlərə ehtiyac var.

Liqabo ümid edib ki, jurnalistlər arasında qorxu hissi və senzura yaradan siyasət, habelə bəzi məhkəmə qərarlarının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq.

Öz müşahidələri ilə bağlı ekspert BMT-nin İnsan Haqları Şurasına məruzə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti