...

Cüdoçu Mövlud Mirəliyev Olimpiadaya düşmək şansını artırıb

Cəmiyyət Materials 7 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Mövlud Mirəliyev (100 kq) Pekin Olimpiyadasınada iştpirak etmək üçün mövcud şanslarını artırıb. Trend xəbər verir ki, Romada Dünya Kubokundakı qələbədən sonra idmançı Moskvada Dünya superkubokunda bürünc medal qazanmaqla 2008-ci il oyunlarında iştirak üçün keçid ballarını artırıb. Amma nəzərə alsaq ki, yaxın bir il ərzində o müxtəlif seçim yarışlarında bal toplamalıdır, o zaman Mövludun perspektivləri haqqında danışmaq hələ tezdir. Bununla yanaşı Braziliyada keçirilən dünya çempionatında ilk beşliyə düşməklə minumum tapşırığını vaxtından öncə də yerinə yetirə bilər.

Qeyd etmək lazımdır ki, Moskvada M.Mirəliyevdən sonra ikinci nəticəni 5-ci yeri tutan Elxan Rəcəbli (81 kq) göstərib.

Xəbər lenti

Xəbər lenti