...

Azərbaycanda 12 dövlət orqanındakı vakant yerlərə müsabiqə elan olunub

Cəmiyyət Materials 8 May 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası 12 dövlət orqanında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Komissiyadan çərşənbə axşamı Trend ə verilən məlumata görə, 12 dövlət orqanında 96 vakant yer üzrə sənəd qəbulu mayın 5-dən iyunun 4-dək davam edəcək. Vakant vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada -2, Dövlət Sosial Müdafiə Fondunda - 18, Nəqliyyat Nazirliyində - 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində - 7, Sənaye və Energetika Nazirliyində - 5, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində -15, Dövlət Statistika Komitəsində - 6, Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsində - 3 , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında - 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində - 26, Gənclər və İdman Nazirliyində - 9, Səhiyyə Nazirliyində - 2 yer müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti