...

Komitə sədri: "Azərbaycana gətirilən dini kitablar üzərində nəzarət gücləndirilib"

Cəmiyyət Materials 10 May 2007 11:59 (UTC +04:00)
Komitə sədri: "Azərbaycana gətirilən dini kitablar üzərində nəzarət gücləndirilib"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycana gətirilən dini kitablar üzərində nəzarət gücləndirilib. Bu barədə çərşənbə axşamı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev açıqlama verib.

Onun sözlərinə görə, idxal olunan bütün dini kitablar gömrük məntəqələrində saxlanılır və ekspertizadan keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir. Yalnız komitənin rəyi verildikdən sonra dini kitabların ölkəyə buraxılmasına ya icazə verilir, ya da ölkədən çıxarılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, hazırda ölkəyə gətirilən dini ədəbiyyatla bağlı statistik məlumatlar hazırlanır.

Xəbər lenti

Xəbər lenti