...

Azərbaycan Səhiyyə Nazirliyi doğuş zamanı qadınların ölümündə günahkar olan həkimlərə qarşı sərt tədbirlər görəcək

Cəmiyyət Materials 10 May 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/Azərbaycanın Səhiyyə Nazirliyi qadınların doğuş zamanı həlak olması faktları ilə əlaqədər müalicə müəssisələrində araşdırmalar aparır. Bu barədə cümə axşamı Azərbaycan səhiyyə nazirinin müavini Sənan Kərimov məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanlarda nazirlikdə kollegiya iclası keçiriləcək və burada həmin məsələlər ətrafında müzakirələr aparılacaq.

"Əgər məlum olsa ki, ananın ölümündə hakim günahkardır, o zaman o, buraxdığı səhvin miqyasından asılı olaraq cəzalandırılacaq" - deyə Kərimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti