...

Azərbaycan Dövlət Dram Teatrı ilə Trabzon teatrı əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 11 May 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.Trendlife Eldar Hüseynzadə/Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Trabzon şəhərinin teatrı ilə sıx əlaqələr yaradıb. Bu haqda Trendlife-a "Azdrama"nın direktoru Maqbet Bünyadov xəbər verib.

Onun sözlərinə görə, aktyorlarımızın çıxışı Trabzon teatrının o qədər xoşuna gəlib ki, özləri bizim teatrla əməkdaşlıq etmək istəyiblər. Gələcəkdə birgə layihə planlaşdırılır. Bu layihədə tamaşalar və aktyorlar mübadilə ediləcək. "Azdrama" Türkiyədə, Türk aktyorları isə Bakıda çıxış edəcəklər. "Artıq Türkiyəyə Azdramanın repertuarı tam göndərilib. Yaxın vaxtlarda biz onların repertuarını alacağıq" - deyə Bünyatov əlavə edib.

Xəbər lenti

Xəbər lenti