...

Azərbaycanda daha iki məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 11 May 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasından 2 nəfər azadlığa buraxılıb, 5 nəfər isə azad olunma mərhələsindədir. Bu barədə məlumatı jurnalistlərə Gəncədə səfərdə olan Ombudsman Elmira Süleymanova verib.

Onun sözlərinə görə, sabah o, təcridxanada olacaq və məhkumların saxlanma şəraiti, qidalanması məsələləri ilə maraqlanacaq.

Amnistiya aktına əsasən, Azərbaycanda təxminən 1500 nəfərin azadlığa buraxılması planlaşdırır. Mayın 10-də Bakıdakı cəzaçəkmə müəssisələrindən 250 məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti