...

İsrail səfiri: Dünya Azərbaycandakı tolerantlıq barədə bilməlidir

Cəmiyyət Materials 14 May 2007 16:11 (UTC +04:00)

Azərbaycan, Quba/ Trend müxbir E.Hüseynov/ Azərbaycanda bir yerdə yaşayan müxtəlif millətlər arasında olan tolerantlıq barədə xəbərlər Azərbaycanın hüdudlarından kənara yayılmalıdır. Bu barədə diplomatik missiya rəhbərləri qrupunun Azərbaycanın Quba royonundakı "Qırmızı qəsəbə" yaşayış məntəqəsinə səfərini şərh edərkən İsrailin Bakıdakı səfiri Artur Lenk bildirib.

İsrailin Azərbaycandakı səfirliyinin təşkil etdiyi missiyaya Fransa, Belarus, Ukrayna, Hindistan, İsveçrə, Moldova, Polşa, Almaniya, İtaliya, BMT, ATƏT səfirləri və digərləri daxil olub. Onlar 1 nömrəli orta ümumtəhsil məktəbi, "Yeşiva" kolleci, sinaqoqda olublar və yerli əhali ilə söhbətlər aparıblar.

İsrail səfirinin sözlərinə görə, "tolerantlıqla bağlı bu cür vəziyyət həm Azərbaycanın özü üçün, həm də dost ölkələr üçün vacibdir".

Azərbaycanda olan yəhudi əhalisinin tarixi 2,5 min ildən çox hesab olunur. "Qırmızı qəsəbə"də dağ yəhudiləri 280 ildir ki, yaşayır. 1938-39-cu illərdə bu regionda dağ yəhudilərinin sayı 15 minə bərabər idi. Hazırda isə bu qəsəbədə min dağ yəhudisi yaşayır. Ümumilikdə isə Quba rayonunda 20-dən çox millət və xalqın nümayəndəsi yaşayır.

Səfir bəzi ekspertlərin Quba rayonunda bir müddət əvvəl aşkar olunmuş XX əsrin əvvəlində erməni daşnakları tərəfindən törədilmiş soyqırım qurbanlarının kütləvi məzarlığında dağ yəhudilərinin də mövcud olması barədə filkirlərinə də münasibət bildirib. Lenk qeyd edib ki, hərətərəfli araşdırmalardan, tarixi faktlar öyrənildikdən sonra xarici diplomatik korpus nümayəndələrinin də məzarlığa baş çəkməsinin vaxtı çatacaq.

Xəbər lenti

Xəbər lenti