...

Lənkəranda Həqiqət Rzayevanın yubileyi qeyd olunur

Cəmiyyət Materials 14 May 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /müx.Trendlife Eldar Hüseynzadə/Bu gün Lənkəranda opera müğənnisi Həqiqət Rzayevanın 100 illiyinə həsr olunan təntənəli konsert təşkil olunub. Bu haqda Trendlife-a mədəniyyət və turizm nazirinin müavini Zöhrə Əliyeva məlumat verib. Yubiley prezident İlham Əliyevin göstərişi ilə keçirilir.Gecədə həmçinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edib.

Konsertə qədər Əbülfəz Qarayev və Lənkəranın icra başçısı Süleyman Mikayılov Heydər Əliyev abidəsini ziyarət ediblər və əkin qoyublar. Hələ asçılmamış Heydər Əliyev muzeyinə baş çəkiblər. Eyni zamanda onlar Həqiqət Rzayevanın adına məktəbin önündə onun büstünü açıblar. Bundan sonra isə mədəniyyət evində böyük konsert keçirilib. Həmin konsertdə opera və balet teatrının xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Zemfira İsmayılova və başqaları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti