...

Şəhriyar Məmmədyarov Sofiyadakı superturnirin birinci dövriyyəsinin qalibi olub

Cəmiyyət Materials 15 May 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Qrossmeyster Şəhriyar Məmmədyarov Sofiyada keçirilən "M-Tel Masters" superturnirin birinci dövriyyəsini qalibiyyətlə başa çatdırıb. Həmyerlimiz birinci yeri tutub.

Beşinci turun matçında Şəhriyar qara fiqurlarla ən yaxın rəqibi Maykl Adamsla heç-heçə edib. Bu, ona ingiltərəli qrossmeysterlə arasındakı 0,5 ballıq fərqi qoruyub saxlamağa imkan verib.

Digər görüşlərə gəldikdə isə onların hamısı heç-heçə başa çatıb. Belə ki, rumın Liviu Diter Nisipyanu hindistanlı Krişnan Saşikiranla, Veselin Topalov isə Qata Kamski ilə "sülh" bağlayıb.

Bu gün turnirdə istirahət günüdür. Sabah şahmatçılar yenidən üz-üzə gələcəklər.

Xəbər lenti

Xəbər lenti