...

"Əlvida" filmi işıq üzü gördü

Cəmiyyət Materials 18 May 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /müx. "TrendLife" Vüqar Vüqarlı/

Əsas rolu tanınmış müğənnimiz Mətanət İsgəndərlinin ifa etdiyi çox "əzabkeş" "Əlvida" filmi nəhayət ki, tamaşaçılara təqdim olundu. İndi Əməkdar artist rahat nəfəs ala bilər. Çünki filmin təqdimatı keçirildi. Düzdür, bu, Mətanətə o qədər də ucuz başa gəlmədi. Belə ki o, filmin təqdimatını adi bir yerdə etmədi. Təqdimat dövlət tədbirləri keçirilən "Gülüstan" sarayında keçirildi. Əlbəttə ki, burada keçirilən tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransları və təqdimatlardan çox baha başa gəlir, üstəgəl dadlı yeməklər. Gecənin qonaqları arasında Mirməmmədli cütlüyü, klipmeyker Fuad Əlişov (həyat yoldaşı ilə), Ülviyyə Könül (hələ ki tək), oranjemançı Yaşar Baxış, kino və teatr aktrisası Firənqiz Mütəllimova, Telman Adıgözəlov, Elmira Şabanova, Həmidə Ömərova, "Rast" qrupu, İlqar Muradov, Cavan Zeynallı və başqaları var idi. Əlbəttə ki, bütün qonaqlar Mətanəti təbrik edib, yeni-yeni uğurlar arzuladılar. Mətanət isə öz növbəsində filmin rejissoru Elxan Cəfərova və onun rəhbərliyi altında filmin üzərində əməyi keçən bütün yaradıcı kollektivə öz dərin minnətdarlığını bildirdi. Təqdimatda iştirak edən İlhamə Quliyeva ölkə prezidentinə və mədəniyyət nazirinə minnətdarlığını bildirdi. Bir sözlə, hamı yedi-içdi, razhı qaldı, narazı bircə ofisiantlar oldu. Əl vurulmamış yemək demək olar ki, qalmamışdı. "İsveç stolu" darmadağın edilmişdi. Əsas isə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Qonaqların iştahına gəldikdə isə... Neyləsinlər, adi adamlar toyda, yas mərasimlərində, şou-biznes nümayəndələri isə bir-birlərini ancaq belə təqdimatlarda görürlər.

Xəbər lenti

Xəbər lenti