Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sofiyada başa çatan "M-Tel Masters" beynəlxalq superturnirinin nəticələrinə əsasən üçüncü yeri tutub.
Sonuncu turda Şəhriyar rumın Liviu-Diter Nisipyanunu məğlub etsəydi, turniri qalibiyyətlə bitirə bilərdi. Lakin ikiqat dünya çempionu bu görüşdə heç-heçə edərək beş xal yığıb. Eyni xalı hindistanlı Krişnan Saşikiran, amerikalı Qata Kamski və Nisipyanu yığıb. Nəticədə onlar turnirin qalibi Veselin Topalovdan 0,5 xal geri qalıblar. Topalov son turda qələbə qazanaraq üçüncü dəfə "M-Tel Masters" turnirinin qalibi olub.