Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri Müalicə Müəssisəsinə köçürülə bilər. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev cümə axşamı Trend ə bildirib ki, sabiq nazir Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün saxlandığı 1 saylı İstintaq İdarəsinin rəisinə ərizə ilə müraciət edib. İdarə rəisinin sözlərinə görə, yaxın günlərdə İnsanov Səhiyyə İdarəsinin mütəxəssisləri tərəfindən müayinə olunacaq. Müayinənin nəticəsindən asılı olaraq sabiq nazirin müalicə müəssisəsinə köçürülüb-köçürülməməsi ilə bağlı qərar qəbul olunacaq.
Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.
Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.