...

Sabiq iqtisadi inkişaf naziri məhkəmə tərkibinə etiraz etdiyi üçün prokuror ittiham aktını elan edə bilməyib

Cəmiyyət Materials 30 May 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və digər təqsirləndirilən 17 nəfərin cinayət işinə dair məhkəmə baxışı keçirilib. Prokuror Bəşir Cəfərli ittiham aktını oxumaq istəsə də, bu baş tutmayıb. Belə ki, Fərhad Əliyev və Rafiq Əliyevin vəkili Fuad Ağayev məhkəmə tərkibinə etiraz edib və prosesin bu tərkibdə aparılmasına razı olmadıqlarını bildirib. Hakim heyəti etiraza münasibət bildirmək üçün məşvərətə gedib. Fasilədən sonra məhkəmənin etirazla bağlı qərarı elan olunacaq.

Xəbər lenti

Xəbər lenti