...

Azərbaycan volleybolçuları "Qran-Pri"nin ilkin mərhələsində oynamayacaqlar

Cəmiyyət Materials 31 May 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir . Trend Z.Səfərov/Azərbaycan yığmasının iştirak etməli olduğu qadın voleybolu üzrə Avropa "Qran-Pri"sinin ilkin mərhələsi çox ehtimal ki, baş tutmayacaq.

İxtisaslaşdırılmış oyunlar iyunun sonunda baş tutmalı idi, lakin bu günə qədər Avropa Konfederasiyası (CEV) bu məsələyə aydınlıq gətirməyib. Buna görə də yəqin ki, CEV bu mövsüm üçün nəzərdə tutduğu yenilikdən imtina edəcək və Qran-Pridə səkkiz komandanın iştirak etdiyi və komandalardan üçünün Dünya Qran-Prisində oynamaq hüququ qazandığı əvvəlki formata dönəcək.

Qeyd etmək lazımdır ki, ötən ilki oyunun nəticələrinə əsasən, qitə turnirinin yarımfinalçılar dördlüyü Avropanın hazırki çempionu - Polşa, Hollandiya, İtaliya və Rusiyadan ibarətdir.

Xəbər lenti

Xəbər lenti