...

Sara Qədimovanın barelyefi açılıb

Cəmiyyət Materials 31 May 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Azərbaycanın məhşur müğənnisi Sara Qədimovanın 85 yaşı tamam olur. TrendLife-ın verdiyi məlumata görə, dünən onun yaşadığı Üzeyir Hacıbəyov küçəsində təntənəli surətdə barelyefinin açılışı oldu. Tədbiri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu sözlərlə açdı: "Azərbaycan mədəniyyətinin inkişafında etdiklərinə görə Sara Qədimovanı belə qiymətləndirmək azdır. Mənim atam müharibə iştirakçısı olub. O, həmişə sevə-sevə deyərdi ki, bizim cəbhəyə ancaq iki nəfər gələrdi - Rəşid Behbudov və Sara Qədimova". TrendLife-a bəstəkarlar İttifaqının birinci katibi Ramiz Zöhrabov bu sözləri dedi: "Sara Qədimova hələ sağlığında uğurlu yaradıcılığı sayəsində özünə abidə qoyub. Qədimova Hüseynqulu Sarabski məktəbini keçib. Onun Opera və Balet teatrının səhnəsində oynadığı rolları hələ demirəm. "Əsli və Kərəm"də Əsli, "Leyli və Məcnun"da Leyli rolu indiyə qədər yaddaşlarımızdan silinməyib. Hələ öz vaxtında müğənniyə Üzeyir Hacıbəyov xeyir-duasını verib. Bunu qazanmaq lazımdır. O, həmişə istəyirdi ki, cavanlar onun yolunu getsinlər. Amma o və Şövkət Ələkbərova kimi sənətçilər əvəz olunmazdır".

Onu da qeyd edək ki, tədbirdə həmçinin professor Arif Babayev və Sara Qədimova yaradıcılığının tədqiqatçısı Çinqiz Fərəcov da iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti